Macar polisindən daha bir ağlasığmaz hərəkət

Macar polisi qatarla Xorvatiyadan gələn qaçqınları həbs edib.
Maide.az xəbər verir ki, 4 gün öncə Xorvatiya ilə sərhədlərini bağlamasına baxmayaraq 7 min qaçqının qatarla gəldiyi Macarıstanda polis növbəti qalamaqal yaradacaq hərəkət edib.
Belə ki, Macarıstanın Fövqəladə Hallar Nazirliyi Xorvatiyadan gələn qaçqınları daşıyan qatarı dayandırıb, qatarda olan xorvat polislərin silahlarını əllərindən alıb və qaçqınları həbs ediblər.
Hadisə ilə bağlı Macarıstan hökumətindən heç bir münasibət bildirilməsə də, Xorvatiya rəsmiləri faktı yalanlayıblar.
Qeyd edək ki, İŞİD zülmündən qaçaraq Avropada sığınacaq almaq istəyən suriyalı qaçqınları əksər ölkələri qəbul etmək istəmir. Avropa ölkələri məsuliyyəti bir-birilərinin üstünə ataraq qaçqınların ölkəyə girişinə qadağa qoyurlar./

Google+ WhatsApp ok.ru