4 yaşlı suriyalı qız Türkiyə sahillərində can verdi

Suriyalı mühacirləri Yunanıstana aparan bir qayığın Türkiyə sahillərində batması nəticəsində 4 yaşlı bir qız uşağı boğularaq, can verib.
 
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, hələ ki, kimliyi müəyyən edilməyən bu 4 yaşlı suriyalı qızın cəsədi cümə günü Türkiyənin qərbində, Çeşmə sahillərində aşkar edilib. 
Bu arada Türkiyənin dəniz sərhədçiləri həmin qayıqda olan 14 nəfəri o cümlədən 8 uşağı xilas ediblər. 
 
Bu suriyalı uşaq, ölümü ilə suriyalı mühacirlərin ölüm yolçuluğunun simvoluna çevrilmiş Aylan Kərda adlı qız uşağının boğulmasından cəmi 2 həftə sonra can verib. 
 
Suriyalı didərginlər adətən, heç bir təhlükəsizliyə malik olmayan qayıqlara minərək, Aralıq dənizini keçməyə, Avropaya çatmağa cəhd göstərirlər. Amma, zaman-zaman bu yolçuluq faciə ilə nəticələnir.

Google+ WhatsApp ok.ru