Macarıstanda beşinci gecədir etirazlar gedir

Macarıstanda beşinci gecədir etirazlar gedir

Minlər etirazçı artıq beşinci beşinci gecə Macarıstan dövlət televiziyası qarşısında Baş nazir Viktor Orban hökumətinə etiraz edir.
 
Nümayişçilər dekabrın 17-də “Buranı tərk etməyəcəyik!”, “Onlar gecə-gündüz yalan danışırlar!” şüarlarını səsləndiriblər.
 
İki deputat məhkəmələrə, medianın böyük hissəsinə nəzarəti gücləndirmiş Orbana qarşı petisiyanı yayımlamaq istəyəndə binadan çıxarılıb.
 
Müstəqil deputatlar Bernadette Szel və Akos Hadhazy canlı yayımda petisiyanı səsləndirmək istəyiblər, təhlükəsizlik əməkdaşları onları binadan çıxarıb.
 
Szel insidenti Facebook səhifəsində canlı yayımlayıb.
 
 
“QUL QANUNLARI”NIN LƏĞVİNİ TƏLƏB EDİRLƏR
 
Petisiyada hökumətin “qul qanunları”nın ləğvi tələb olunurdu.
 
MTVA telekanalı qarşısında parlamenti 10-dan artıq üzvü də etiraz edib, tələblərini efirdə səsləndirmək istəyiblər.
 
Bu son ayların ən böyük etirazıdır, altı günlük iş həftəsinə qayıdışa imkan verən yeni əmək qanunun qəbuluna qarşı keçirilir.
 
Ancaq etirazçılar hökumət korrupsiyası ilə mübarizə, müstəqil məhkəmələrin yaradılması, müstəqil medianın qorunması üçün tədbirlər görülməsini tələb edirlər.
 
“Tələblərimiz dövlət mediasında səsləndirilməyincə etirazları davam etdirəcəyik. Heç yerə gedən deyilik”, – deputat Timea Szabo etirazçılara deyib.
 
Hökumət yeni əmək qanununu müdafiə edir, onun özəlliklə də çiçəklənən avtomobil və emal sektorlarında fəhlə çatışmazlığını yüngülləşdirəcəyini deyir.
 
Orbanın müttəfiqləri bu etirazları əslən macar amerikalı xeyriyyəçi George Sorosun maliyyələşdirdiyi liberal qrupların təşkil etdiyini deyir. Soros Orbanın daimi hədəfidir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru