Mahmud Abbas: `Qüdssüz sülh olmaz`

Maide.az xəbər verir ki, Fələstin dövlət başçısı Mahmud Abbas ötən həftə BMT Təhlükəsizlik Şurasında rədd edilən, müstəqil Fələstin dövlətinin qurulmasının nəzərdə tutan layihəni yenidən təqdim etməyi düşündüklərini bildirib.
 
Abbas, Fələstin Mədəniyyət Nazirliyi ilə İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin (İRCİCA) Ramallahda birgə təşkil etdiyi "Xatirələrdə Qüds" adı ilə keçirilən sərginin açılışındakı çıxışında, "İsrail işğalının dayandırılması üçün hazırlanan layihənin yenidən BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi üçün İordaniya ilə müzakirələr aparılır. Bu bəlkə bir həftə və ya bir ay sonra ola bilər. Haqqımızı alana qədər bezmədən, yorulmadan işləyəcəyik", - deyib.
 
Fələstin rəhbərliyinin 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaradılana qədər siyasi və diplomatik mübarizəsini davam etdirəcəyini bildirən Abbas, "BMT-nin layihəni keçirməkdə uğursuz olmasından sonra 20 beynəlxalq müqaviləyə imza atdıq. Bu say daha sonra 150 və ya 300 ola bilər. Belə ki, 500 müqaviləyə imza atmaq, tərəfdaş olmaq haqqımız var. Xalqımızı bundan məhrum etməyəcəyik", - deyə bildirib.

Google+ WhatsApp ok.ru