Ərəbistan Kralı öldümü?

Səudiyyə Ərəbistanı kralının səhhəti ilə bağlı xəbər mənbələrinin ziddiyyətli məlumatları davam edərkən, bəzi mənbələr Ərəbistan kralı Abdullah bin Əbdüləzizin öldüyünü bildirirlər.
 
Maide.az "İsna" agentliyinə istinadən xəbər verir ki, "Sovtel Qahirə" kimi bəzi ərəb saytları, Ərəbistan kralının bir müddətdir pnevmoniya xəstəliyindən Kral Tibb Mərkəzində müalicə altına alındığını və vəziyyətinin ağır olduğunu bildirir.
 
Eyni zamanda, bəzi Qərb mediaları isə Ərəbistan kralının öldüyünü yazırlar. Xəbərlərdə Kralın yerinə keçəcək adın müəyyənləşdirilməsi və daxili münaqişələrin dərhal başa çatması üçün ölümün elan edilmədiyi deyilir.
 
Digər tərəfdən, Ərəbistan vəliəhdi Salman bin Əbdüləziz isə Ərəbistanın kralını ziyarət etdikdən sonra verdiyi bəyanatda kralın vəziyyətinin yaxşı olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru