Mahmud Abbas: Yəhudi yaşayış qərarı üçün BMT-yə gedəcəyik

Fələstin Dövlət başçısı Mahmud Abbas İsrailin rejiminin Qərbi İordan və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqəsi tikintiləri ilə bağlı qərarına görə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına gedəcəklərini deyib.
 
Maide.az xəbər verir ki, Abbas, "Əvvəlcədən də tikintilərin qanuni olmadığını deyirik. BMT TŞ-dən bu məsələni araşdırmasını və lazımi qərarı qəbul etməsini istəyəcəyik", - deyib və qəti müraciət tarixi barədə məlumat verməyib.
 
Sülh prosesilə əlaqədar olaraq isə Abbas, Fransanın dəvətinə tabe olaraq beynəlxalq konfrans təşkil olunması üçün işlərini davam etdirdiklərini söyləyib.
 
Keçmiş Fransa XİN başçısı Laurent Loran Fabius yanvar ayında Avropa, ABŞ və Ərəb ölkələrini bir araya gətirəcək beynəlxalq konfransın hazırlıqlarına başlayacaqlarını bildirmişdi.
 
İsrail ilə Fələstin arasındakı sülh danışıqları 2014-cü ilin aprelində dayanmışdı.

Google+ WhatsApp ok.ru