Mahmud Abbas Sina yarımadasının bir qisiminin Qəzzaya verilməsini rədd etdiklərini söyləyib

Maide.az-ın məlumatına görə, Fələstin dövlət başçısı Mahmud Abbas Fəth Hərəkatı ilə keçirdiyi toplantıda İsrailin köhnə məsləhətçilərdən olan İqor Aylandın 1956-cı ildə təqdim etdiyi "Fələstinli mühacirlərin yerləşdirilməsi üçün Sina yarımadasının bir qisiminin Qəzzaya verilməsi" təklifinin yenidən gündəmə gətirildiyini, ancaq bunu rədd etdiklərini açıqlayıb.
 
Abbas belə deyib: "Layihə yenidən gündəmə gətirilir, "biz bunu qəbul etməyəcəyik" dedik. Hər vəziyyətdə kim təqdim edirsə etsin, bu mövzu indi qəti şəkildə gündəmdə deyil və Fələstin xalqı bunu heç bir zaman qəbul etməyəcək. İsrail üçün Qərb Sahili və Qüdsün xaricində Qəzzada Fələstin hökuməti qurulmasında bir qorxu yoxdur."
 
Paytaxtı Qüds olan və 1967-ci il sərhədlərində qurulacaq Fələstin dövləti mövzusunda israrlı olduqlarını söyləyən Abbas, sülh müzakirələrində irəliləmə olmaması vəziyyətində Fələstin rəhbərliyinin aralarında Roma Protokolunun da olduğu 522 beynəlxalq heyət və təşkilata müraciət edəcəklərini açıqlayıb.

Google+ WhatsApp ok.ru