Malaviya müsəlmanları çoxuşaqlılığa qoyulan qadağaya etiraz edirlər

Malaviyada müsəlman azlıqlar icması bildirib ki, müsəlmanların çoxalmasının qarşısını almaq məqsədi ilə çoxuşaqlılığa qoyulan istənilən qadağalara etiraz edəcəklər. 
Maide.az-ın məlumatına görə, müsəlmanların lideri, ölkə ali müsəlman hakimiyyətinin baş katibi Şeyx Qassim Çonqolo iddia edir ki, İslam gələcək nəsilə qayğı ilə yanaşır, amma bunun üçün ailədə uşaqların sayını azaltmaq nəzərdə tutulmur.
 
Qeyd edək ki, son illər ərzində Malaviya əhalisi iki dəfə artaraq 16 milyon insan təşkil edir. 
 
Malaviya Ailə Planlaşdırma Assosiasiyasının proqnozlarına əsasən, 2040-cı ildə əhalinin sayı 40 milyona çatacaq. Assosiasiyadan bununla əlaqədar olaraq, "Əhalinin artma tempi sağlamlığa, təhsilə, ölkənin iqtisadi inkişafına və kənd təsərrüfatına mənfi təsir edir. Çoxsaylı əhali sosial xidmətlərin də işini çətinləşdirə bilər. Əhalinin yüksək templə artması kifayət qədər ciddi problemdir və narahatçılıq doğurur. Əhali sayının 16 milyona çatması yoxsulluğu sürətləndirir. Bu problemi düşüncə ilə tez bir zamanda həll etmək vacibdir. Əgər bu qanun effektiv olarsa, bütün ölkə əhalisi ona riayət etməlidir, nəinki bir qism əhali", - deyə bildirilib. 

Google+ WhatsApp ok.ru