Meksikada növbəti vəhşət: 11 başı kəsilmiş meyit 28 Noyabr 2014 02:00 Dünya Meksikanın Qerrero ştatının Çilapa şəhəri yaxınlığında başı kəsilmiş və qismən yandırılmış 11 meyit tapılıb. Naməlum şəxslər meyitləri polis məntəqəsindən 100 metr aralıda, yolun kənarına atıblar. Meyitlərin yanında çoxlu sayda patron gilizləri aşkarlanıb. Maide.az-ın məlumatına görə, meyitlərdən birinin üzərində aşkarlanmış məktubda qeyd olunub ki, qətlə yetirilən insanlar iki cinayətkar qrup arasında baş vermiş qarşıdurmanın qurbanı olublar. Xatırladaq ki, sentyabrda Qerrero ştatının İquala şəhərində polis və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, saxlanılan 43 tələbə isə itkin düşmüş hesab olunub. Bir müddət əvvəl isə məlum olub ki, itkin düşmüş 43 tələbə “Qerrero unidos” adlı cinayətkar qruplaşmanın qurbanı olub. İstintaq zamanı müəyyən edilib ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər. Məlum olub ki, qatillər əvvəl tələbələri güllələyib, sonra isə yandıraraq cəsədlərini torpağa basdırıblar. Teqlər : #Meksikada növbəti vəhşət: 11 başı kəsilmiş meyit, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Sistaninin nümayəndəsi şəhid edildi Malaviya müsəlmanları çoxuşaqlılığa qoyulan qadağaya etiraz edirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO