Malayziya təyyarəsini rusların vurduğu təsdiqləndi

Maide.Az bildirir ki, Bellingcat Beynəlxalq Araşdırma Mərkəzi Donbasda Malayziya təyyarəsinin Rusiyaya məxsus “Buk” tərəfindən vurulduğunu deyir.

Araşdırma müəllifləri hadisə yerindən şəkil və videoları təhlil edəndən sonra belə bir nəticəyə gəlib. Onlar bildirir ki, “Buk M1” Ukraynanın şərgində separatçıların nəzarət etdiyi ərazidə, 2014-cü ilin iyun ayında Rusiya ərazisində olub. Bunu həmin vaxt çəkilən şəkillər də təsdiq edir.

Mərkəzin əvvəlki hesabatında “Buk” un nömrəsi 3*2 göstərilmişdi. Sosial şəbəkələrdən götürülmüş materiallara əsasən kompleksin üçüncü naməlum rəqəmi də təyin edilmişdir.

17,18 iyul 2014 cü ildə Ukraynanın şərqində Kursk şəhərində məskunlaşmış Rusiyanın 53 saylı zenit raket briqadasına məxsus 332 bort saylı “Buk” kompleksinin foto, video çəkilişi aparılıb. Həmin çəkilşdə bu kompleks şəhərin mərkəzinə doğru hərəkət edir. Niderlandin Təhlükəsizlik Şurasının qiymətləndirməsinə görə elə bu istiqamətdən də sərnişin təyyarəsi vurulub.

Mərkəz əldə olan materialları, zenit komplekslərinin şəkillərini detal araşdıraraq o nəticəyə gəliblər ki, təyyarəni 332 saylı kompleks vurub.   /azadlıq.info/

Google+ WhatsApp ok.ru