Səud rejimi 4 Əhlibeyt tərəfdarına verilmiş edam hökmünü təsdiqlədi

Səudiyyə Ərəbistanında Əhlibeyt davamçıları, şiələrə qarşı repressiv, hətta yalançı ittihamlarla edam etmə halları çoxalıb

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Səud rejiminin edam hökmünü imzaladığı 5 nəfərdən 4-ü ölkənin şiə bölgəsi hesab edilən Qətif sakinləridir. Bundan əlavə, ölkə məhkəməsi Qətif bölgəsinin əhalisindən olan daha 5 nəfərin edam hökmünü verib və hazırda rejim tərəfindən təsdiq olunmasını gözləyir. Ağır cinayətlər məhkəməsinin daha 15 şiəyə edam hökmü verəcəyi gözlənilir. Qeyd edək ki, hüquq müdafiəçiləri ötən ay açıqlama yayıblar. Onlar şiələrin siyasi məhbus olduğunu bildiriblər. Ötən ay  eynəlxalq Amnistiya Təşkilatı (amnesty international)  Əvamiyyədən olan Əli Nimr, Dabud Mərhun və Əbdullah Ziharın şəkillərini paylaşaraq, onların yetkinlik yaşına çatmadıqlarını xatırladaraq edam hökmlərinin ləğv olunmasını tələb edib. 

Google+ WhatsApp ok.ru