Malidə BMT sülhməramlıların helikopteri qəzaya uğrayıb, 2 hərbçi ölüb

Malinin şimal-şərq hissəsindəki Qao əyalətində BMT-nin münaqişənin nizamlanması üzrə sülhməramlı missiyasına məxsus helikopter qəzaya uğrayıb, nəticədə 2 nəfər həlak olub. Bu barədə “Frans Press”ə    BMT-dəki mənbələr bildirib.
 
Məlumata görə, insident Qao şəhərindən 20 km aralıda baş verib. Həlak olan hərbçilərin Niderland vətəndaşı olduğunu bildirilir.
 
İnsidentin səbəbləri açıqlanmır.  
 
“Röyters”in məlumatına görə, qəzaya Apache döyüş helikopteri uğrayıb.  

Google+ WhatsApp ok.ru