Malidə girovlar azad edildi- Yenilənib 2

 

 Mali rəsmiləri deyir ki, girov götürülən insanlar azad edilib.
Bu səhər Malinin paytaxtı Bamakonun mərkəzində yerləşən Radisson Blu Otelinə hücum edilib və  40 qonağı və 30 işçini “girov götürüb”, otelin sahibi bildirib.
Bir qədər əvvəl xüsusi xidmət heyəti girovların saxlandığı Radisson Blu Otelinə daxil olub. Onlara ABŞ və Fransa hərbçiləri də yardım edib.
Otel bildirir ki, hazırda 138 nəfər silahlılar tərəfindən girov saxlanırdı.
Üç nəfər öldürülüb, iki əsgərsə yaralanıb. Ölənlərdən biri Belçikanın Wallonia rayonunun deputatı Geoffrey Dieudonne idi.
 
***
Murabitun” terror qruplaşması Mali terrorunu öz üzərinə götürüb.Bu haqda ilkin məlumatı terror qruplaşması Tvitter hesabında yayıb.
 
Hazırda “Əl-Murabitun” terror qruplaşmasının məlum hadisə ilə bağlı irəli sürdüyü iddianın həqiqətə uyğun olub-olmamadığı araşdırılır.
 
Xatırladaq ki, bu gün səhər saatlarında təxminən 10 terrorçu Malinin paytaxtı Bamakodakı “Radisson Blu” otelinə basqın edərək 170 nəfəri girov götürüblər.
***
Verilən xəbərlərə görə, silahlı şəxslər cümə günü səhər paytaxt Bamakodakı dəbdəbəli bir hotelə hücum edərək, 140 nəfərədək qonağı və 30 mehmanxana işçisini girov götürüblər.
Maide.az xəbər verir ki, ən son məlumatlara əsasən, silahlılar 20 girovu azad etdiblər.
Verilən xəbərlərdə, iki Mali və bir Fransa vətəndaşı olmaqla üç nəfərin qətlə yetirildiyi bildirilir, halbuki, yerli KİV-lər yazır ki bu hücum nəticəsində indiyədək 9 nəfər, o cümlədən Belçika və Fransadan olan xarici vətəndaşlar həyatlarını itirib.
 
Hadisə yerinə polis qüvvələri yeridilib
 
Təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbə Radison mehmanxanasında bir neçə partlayış və atışma səslərinin eşidildiyi haqda məlumat verərək, deyib ki polis qüvvələri ətrafı mühasirəyə alıblar.
Şahidlər təcili yardım maşınlarının hadisə yerinə gələrək bir neçə yaralını xəstəxanalara apardığını deyirlər.
Bildirilir ki girovlar arasında bir neçə xarici vətəndaş, o cümlədən bir amerikalı və mehmanxanada isə 10 silahlı şəxs var.
Şahidlərin bildirdiyinə görə, silahlı terrorçular dövlət nömrə nişanlı avtomobillərlə gələrək mehmanxananln ərazisinə daxil olub və girovları yeddinci mərtəbədə saxlayırlar.  /

Google+ WhatsApp ok.ru