Vəhhabilərin fəaliyyətinin genişlənməsindən sonra, İŞİD indi də Bosniyada?

Bosniya və Herzoqovina paytaxtının yaxınlığında naməlum bir şəxsin atəş açması nəticəsində ən azı iki əsgər ölüb və daha üç mülki şəxs isə yaralanıb.
Maide.az xəbər verir ki, bu hücum Sarayevonun ətrafında baş verib və şəhər polisinin bildirdiyinə görə, İŞİD-ə üzv olmaqda şübhəli bilinən şəxs avtomat silahdan atəş açaraq iki bosniyalı əsgəri qətlə yetirib.
Terrorçu daha sonra hadisə yerindən qaçaraq, şəhərdaxili avtobusa tərəf də atəş açmağa başlayıb ki, sürücü və daha iki sərnişinə xəsarət yetirib.
Hər iki atışmanı görən şahidlər bildiriblər ki, təcavüzkarın zahiri görünüşü onun İŞİD-ə üzv olduğunu göstərir; lakin indiyədək bununla bağlı rəsmi məlumat yayılmayıb.
Habelə, terrorçunun şəxsiyyətinin müəyyən edilməsi və onunla əlbir olan şəxslərin tutulması barədə də xəbərlər yayılıb, ancaq hələlik bu xəbərlərin heç biri Bosniya rəsmiləri tərəfindən təsdiqlənməyib.
Sarayevo şəhəri ətrafında iki bosniyalı əsgərin qətlə yetirilməsinin ardınca, Bosniya höküməti  ötən gündən ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.
Bosniya DİN başçısı ölkənin bütün təhlükəsizlik qüvvələrinin bu vəziyyətə hazırlıqlı olmasını zəruri sayaraq qeyd edib ki hal-hazırda təhlükəsizlik tədbirləri də gücləndirib.
Eliso Kampara həmçinin ölkə əhalisini təşvişə düşməməyə çağırıb. /
 

Google+ WhatsApp ok.ru