İmam Əlinin (ə) mövludu Sankt-Peterburqda -Foto

Sankt-Peterburqda İmam Əlinin (ə) mövludu münasibəti ilə bayram tədbiri keçirilib.
 
Maide.Az bildirir ki, Müsəlmanların birinci imamı Əli ibni Əbu-Talibin (ə) mövlud (doğum) günü münasibəti ilə bütün dünyada yaşayan müsəlmanlar bayram tədbirləri keçirirlər. Belə tədbirlərdən biri də   ötən axşam Sankt –Peterburqdakı restoranların  birində 300-dən çox Əhli-Beyt (ə) aşiqinin iştirakı ilə keçirilib. 
 
Tədbirdə öncə Quran tilavət olunub. Daha sonra çıxış edən ruhani Rüfət Məmmədov Həzrəti Əlinin həyatından və fəzilətlərindən söz açıb.
 
Mövlud tədbirində Həzrətin şəninə mədhiyyələr edilib və ilahi nəğmələr oxunub. Sonda Mövlud tədbirində iştirak edən insanlara imamın adına ehsan süfrəsi verilib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru