Sabah hava necə olacaq?

Fevralın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, səhər bəzi yerlərdə duman və çiskin olma ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə güclənəcək.
 
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru