İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi

İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi

 
Bu gün (Rəbiül-əvvəl ayının 3-ü) səhər Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəminin günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.
 
Maide.Az xəbər verir ki,  hərəmin günbəzinin üzərindəki bayrağın, minarələrinin və İmam Rzanın (ə)  zərihinin qara örütüyünün dəyişdirilməsi üçün o həzrətin hərəmində xüsusi mərasim keçirilib. 
 
Hərəmin xadimlərinin, alimlərin və zəvvarların iştirak etdiyi mərasimdə, bayrağın dəyişdirilməsi mərasimi xüsusi dualarla həyata keçirilib.
 
Qeyd edək ki, İmam Rzanın (ə) hərəminin günbəzinin bayrağının dəyişdirilməsi mərasimi İmam Rzanın şəhadətindən 3 gün sonra Rəbiül-əvvəl ayının 3-də həyata keçrilir. Matəm bayrağı hərəmin günbəzində Məhərrəm-Səfər əyyamı ərizində 63 gün dalğalanır.  

Google+ WhatsApp ok.ru