`İmam Xomeyni Qüds Gününü elan etməklə həm fələstinliləri, həm də dünya insanlarını oyanış xəttinə çəkdi - VİDEO

`İmam Xomeyni Qüds Gününü elan etməklə həm fələstinliləri, həm də dünya insanlarını oyanış xəttinə çəkdi - VİDEO

Ramazan ayının sonuncu cümə günü dünyanın əksər yerlərində, xüsusilə islam dünyasında Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Təməli 1982-ci ildə böyük islam inqilabının rəhbəri Ayətullah Xomeyni tərəfindən qoyulan Qüds günü, hər il dünyanın müxtəlif ölkələrində elmi diskussiyalar, konfranslar, mitinqlər və aksiyalar formasında qeyd edilərək, 60 ildən çoxdur Fələstin xalqına qan udduran və müsəlmanların ilk qibləsi sayılan Beytul Müqəddəsi işğal altında saxlayan sionist İsrail rejiminin cinayətlərinə etiraz olunur.
 
Xəbər verdiyimiz kimi ötən gün Qüds günü  münasibəti ilə Azərbaycan İslam Partiyası paytaxt Bakıda geniş tədbir keçirib.
 
Maide.Az xəbər verir ki, tədbirdə ölkənin tanınmış ruhaniləri, ictimai-siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir ilk öncə Allah kəlamı müqəddəs Qurani-Kərimin oxunuşu, Dövlət Himninin səsləndirilib.  
 
Maide.Az  ruhani alim Sərdar Hacıhəsənlinin AİP-n Qüds günü ilə bağlı keçirilən tədbirdəki  çıxışını təqdim edir: 
 

Google+ WhatsApp ok.ru