Masallıda məscid yanaraq, yarasız hala düşüb

Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib.
 
Maide.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Bədəlan kənd məscidində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.
 
Nəticədə ümumi sahəsi 150 kvadratmetr olan məscid içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
 
İlkin versiya kimi yanğının qaz sobasından başladığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru