Malayziyada 60-a yaxın əcnəbi turist sel sularında çarəsiz qalıb

Ölkənin intensiv yağışlara tuş gələn milli parkında otel binasında yüz nəfərə yaxın şəxs kömək gözləyir
Malayziyada son 40 ilin ən şiddətli yağışları nəticəsində ölkənin milli parkı sel sularına tuş gəlib.
 
İnterAz-ın "Reuters"-ə istinadən məlumatına görə, parkın ərazisindəki kurort binasında çarəsiz qalan 100 nəfərdən çox şəxsin 60 nəfəri xarici ölkə vətəndaşları olan turistlərdir.
 
Rəsmi dairələrin açıqlamasına görə, artıq əraziyə xilasetmə qayıqları və helikopter göndərilib. Kurort işçilərindən əlavə yerdə qalanların hamısının bölgəyə istirahətə gələnlər olduğu bildirilir.
 
Ölkənin "Bernama" dövlət televiziyasının açıqlamasına görə, 434 min 300 hektar ərazini əhatə edən eko-turizm zonası tropik meşə qurşağında yerləşir. Bildirilib ki, əraziyə 1971-ci ildən bəri ən güclü yağışlar yağıb. /

 

Google+ WhatsApp ok.ru