Masallıda qarın ağırlığına tab gətirməyən ev uçub

Masallıda qarın ağırlığına tab gətirməyən ev uçub

Masallıda yaşayış evi uçub.
 
Hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub.
 
Evdə 26 nəfərin yaşadığı bildirilir.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. (apa) /

Google+ WhatsApp ok.ru