Matviyenko: Lenin o vaxt dəfn olunacaq ki...

Matviyenko: Lenin o vaxt dəfn olunacaq ki...

-- Dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər

Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
 
O, "Arqumentı i faktı" qəzetinə müsahibəsində qeyd edib ki, Qırmızı meydanda V.Lenin Rusiya tarixinin bir hissəsidir:
 
"Və mən düşünürəm ki, belə məsələlərdə hər şeyi sındırıb-dağıtmaq olmaz. Əminəm ki, nə vaxtsa bu məsələ də həllini tapacaq, cəmiyyət konsensusa gələcək".
 
V.Matviyenko bildirib ki, dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər: "Lakin bu, indinin və sabahın işi deyil".
 

Google+ WhatsApp ok.ru