Maydan hadisələri Qırğızıstana keçə bilərmi?

Hərçənd ekspert birliyi Ukraynada və Qırğızıstanda baş verən hadisələrin arasında birbaşa eynilik görməsə də, amma istisna olunmur ki, cəhdlər laxlatmaq ictimai-siyasi vəziyyəti laxlatmaq üçün müəyyən cəhdlər atılacaq.
 
Diskussiya dəyirmi masa çərçivəsində keçirilib və mövzusu belə olub: “Qırqızıstanda Ukryana ssenarisi mümkündümü?”.  İştirakçılar vahid rəyə gələ bilməyib. Lakin ekspert birliyinin nümayəndələrinin əksəriyyəti belə bir fikirə gəlib ki, Ukrayna regionlarındaki gərginlik Qırğızıstanda da sabitliyi poza bilər.
 
Lakin hadisənin bu cür inkişafını Qırğızıstan Müdafiə Şurasının sədr müavini Temirbek Cumakadırov istisna edir. Onun sözlərinə görə, ölkədə vəziyyətin kəskinləşməsi üçün heç bir əsas yoxdur, çünki hakimiyyət ölkənin müstəqillik əldə etdikdən bəri yığılmış problemlərinin həlli ilə ciddi şəkildə məşğuldur.
 
Tanınmış iqtisadçı Cumakdır Akeneyev bildirib ki, Ukraynada demək olar ki Qırğızıstan inqilab ssenarisi təkrar olub. Onun sözlərinə görə, Ukraynada iqtisadi vəziyyət kollapsdadır və bu bir sübütdur ki, dövlət çevrişi ilə əhalinin iqtisadi durumunu yaxşılaşdırmaq mümkün deyil.
 
Politologiya kafedrasının müdiri İqor Xalanskiy Ukrayna hadisələrini dəyərləndirərək bildirib ki, Qərb təşkilatlarının fəal dəstəyi ilə respublikanın qərb bölgəsində yaranan briqadalar hazırlama prinsipində o zaman faşistlərin yaratdığı briqadalara bənzəyir. Onun sözlərinə görə, lazımı anda həmin silahlı dəstələr Maydanda sonra da Donbasda hərbi əməliyyatda iştirak edib. İqor Xalanskiy qeyd edib ki, Ukraynada vəziyyətin gərginləşməsini gələn ilin fevral-mart aylarında gözləmək lazımdır, çünki hakimiyyəti daha da radikal siyasi qüvvələr əla keçirə bilər bilər.
 
Politoloq İqor Şestakovun fikrincə, Kiyevdəki Maydan bir daha nümayiş etdirdi ki, dünyada inqilab texnologiyası “şəbəkə tarazı” ilə yayılır və mənbəsi harda olduğundan asılı olmayaraq – Yaxın Şərqdə və ya MDB-də olsun.  O deyib “İl öncə şəbəkə təşkilatı yaranır, sonra isə şəbəkə layihəsi. Ona görə də Qırğızıstan və Ukrayna arasında hansısa tarixi, coğrafi və mental fərqlər axtarmağa dəyməz, çünki zorla hakimiyyəti dəyişdirmək prosesləri kənardan idarə olunur”. 
 
Sonda İqor Şestakov qeyd edib ki, Ukraynada bir oliqarxları digər oliqarxlara əvəz edən klassik burjua inqilabı baş verib.

Google+ WhatsApp ok.ru