MÜBARƏK RAMAZAN AYININ SƏHƏRLƏRİNƏ MƏXSUS  DUALARDAN  (AUDİO)

MÜBARƏK RAMAZAN AYININ SƏHƏRLƏRİNƏ MƏXSUS DUALARDAN (AUDİO)

يَا مَفْزَعِي عِنْدَ كُرْبَتِي وَ يَا غَوْثِي عِنْدَ شِدَّتِي إِلَيْكَ فَزِعْتُ وَ بِكَ اسْتَغَثْتُ   وَ بِكَ وَلُذْتُ لا أَلُوذُ بِسِوَاكَ وَ لا أَطْلُبُ الْفَرَجَ إِلا مِنْكَ فَأَغِثْنِي وَ فَرِّجْ عَنِّي

يَا مَنْ يَقْبَلُ الْيَسِيرَ وَ يَعْفُو عَنِ الْكَثِيرِ اقْبَلْ مِنِّي الْيَسِيرَ وَ اعْفُ عَنِّي الْكَثِيرَ اِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ إِيمَانا تُبَاشِرُ بِهِ قَلْبِي وَ يَقِينا حَتَّى أَعْلَمَ أَنَّهُ لَنْ يُصِيبَنِي إِلا مَا كَتَبْتَ لِي وَ رَضِّنِي مِنَ الْعَيْشِ بِمَا قَسَمْتَ لِي يَا أَرْحَمَ الرَّاحِمِينَ

يَا عُدَّتِي فِي كُرْبَتِي وَ يَا  صَاحِبِي فِي شِدَّتِي وَ يَا وَلِيِّي فِي نِعْمَتِي وَ يَا غَايَتِي فِي رَغْبَتِي

أَنْتَ السَّاتِرُ عَوْرَتِي وَ الْآمِنُ رَوْعَتِي وَ الْمُقِيلُ عَثْرَتِي فَاغْفِرْ لِي خَطِيئَتِي يَا أَرْحَمَ الرَّاحِمِينَ

Duanın oxunuşu: Ya məfzəi ində kurbəti, və ya ğəvsi ində şiddəti, iləykə fəzi`tu və bikəstəğəstu və bikə luztu la əluzu bisivak, və la ətlubul fərəcə illa mink, fəəğisni və fərric ənni, ya mən yəqbəlul yəsirə və yə`fu ənil kəsir, iqbəl minnil yəsirə və`fu ənnil kəsir, innəkə əntəl ğəfurur-rəhim.

Əllahummə inni əs`əlukə imanən tubaşiru bihi qəlbi, və yəqinən hətta ə`ləmə ənnəhu lən yusibəni illa ma kətəbtə li, və rəzzini minəl əyşi bima qəsəmtə li, ya ərhəmər-rahimin.

Ya uddəti fi kurbəti, və ya sahibi fi şiddəti, və ya vəliyyi fi ni`məti və ya ğayəti fi rəğbəti, əntəs-satiru əvrəti, vəl aminu rəv`əti, vəl muqilu əsrəti, fəğfir li xətiəti ya ərhəmər-rahimin.

 

Duanın tərcüməsi: Ey xoşagəlməz hadisə və kədərli hallarda sığınacaq yerim, çətinlikdə pənahım, Səndən başqasına deyil, yalnız Sənin Özünə sığınır və yalnız Sənin dərgahında ah-nalə edirəm. Səndən başqasından qurtuluş diləmirəm. Elə isə, fəryadıma yet, işlərimə asanlıq ver, ey az əməli qəbul edib çox günahları bağışlayan! Azacıq əməlimi qəbul et və saysız günahlarımı bağışla! Həqiqətən, Sən bağışlayan və mehribansan! İlahi, Səndən qəlbimdə sabitləşəcək iman, mənim üçün müqəddər etdiklərindən başqa, mənə bir şeyin nəsib olacağını bilməkdə yəqinlik verməyini və qismət etdiyin həyata razılıq bəxş etməyini istəyirəm! Ey mehribanların ən mehribanı, ey bəlalar zamanı qüvvə və ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey arzularımın sonu! Sən eyiblərimi örtən, qorxumu asayişə çevirən və günahlarımı bağışlayansan. Xətalarımı bağışla, ey mehribanların ən mehribanı!

(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri” bölümü.)

Tərcümə edən: Rza Şükürlü

Google+ WhatsApp ok.ru