Müdafiə naziri Zakir Həsənov Milli Mətbuat günü münasibətilə media nümayəndələrini təbrik edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Milli Mətbuat günü münasibətilə media nümayəndələrinə təbrik ünvanlayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir: “Arzu edirəm ki, bu gün siz ulu sələflərimiz Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin ruhuna və məramına layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edəsiniz. Bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü gözləyir.
Arzu edirəm ki, siz ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən üzərində qələbəmizi yaxınlaşdırasınız”.
 
Müdafiə naziri mətbuat nümayəndələrinə uğurlar, dəqiqlik, obyektivlik, ümumxalq mənafeyini uca tutmaq və peşəkarlıq arzulayıb.

Google+ WhatsApp ok.ru