MDB ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub 14 Mart 2019 14:57 Dünya Martın 14-də Moskva şəhərində Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələrin Silahlı Qüvvələrin Gərargah Rəisləri Komitəsinin iclası başlayıb. Maide.Az “Report”a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan təmsilçiləri iştirak ediblər. MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin, beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələlərinin müzakirə olunduğu görüşdə Rusiyanın Baş Qərargah rəisi V.Gerasimov çıxışında hərbi əməkdaşlıq çərçivəsində hava müdafiəsi, dronlardan istifadə, mühəndislik təminatı, kadr hazırlığı kimi sahələrdə nailiyyətlər əldə etdiklərini bildirib. İclasda iştirakçı ölkələr arasında 2025-ci ilədək hərbi əməkdaşlığın inkişafına dair konsepsiyanın müddəaları, pilotsuz aviasiyanın tətbiqi və belə vasitələrə qarşı tədbirlərlə bağlı əməkdaşlığın əsas istiqamətləri təsdiq olunub. Həmçinin 2020-ci il üçün müştərək tədbirlər planı razılaşdırılıb. Teqlər : #MDB,#ölkələri,#arasında,#təhlükəsizlik,#sahəsində,#əməkdaşlıq,#məsələləri,#müzakirə,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda qaz kəməri partladı - Ölənlər var Tacikistan-Qırğızıstan sərhəddində gərginlik: Ölən var-VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO