İranda qaz kəməri partladı - Ölənlər var

İranda qaz kəməri partladı - Ölənlər var

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.
 
Maide.Az xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.
 
A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
 
Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.
 
A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib. /trend /
 

Google+ WhatsApp ok.ru