Meksikada həbsxanada baş verən qanlı toqquşma zamanı 28 məhbus öldürülüb

Meksikada həbsxanada baş verən qanlı toqquşma zamanı 28 məhbus öldürülüb

Meksikanın cənubun qərbində Guerrero əyalətlərindəki həbsxanada baş verən qanlı toqquşma zamanı 28 məhbus öldürülüb. 
 
Maide.Az “Reuters”-ə istinadən xəbər verir ki, qanlı toqquşma həbsxanada yatan iki narkotik satan dəstə arasında baş verib, toqquşma zamanı 28 nəfər ölüb, 3 nəfər yaralanıb. 
 
Qeyd edilir ki, həbsxanada yatan məhbusların sayı həbsxananın tutum həcmindən 30 faiz çoxdur.  Belə ki, həbsxanada 1624 məhbusun saxlanılması üçün şərait olsa da, 1951 kişi məhbus və 110 qadın məhbus saxlanılır.

Google+ WhatsApp ok.ru