Meksikada Zika virusuna yoluxan qadınların sayı 1200-ü keçib 02 Avqust 2016 01:00 Dünya Meksikada 2015-ci ilin dekabrından bu günədək 1280 hamilə qadında Zika virusuna yoluxma halı qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Meksika Səhiyyə nazirliyinin açıqlamasında deyilir. İndiyədək 612 qadının qanında bu təhlükəli virus tapılıb. Ötən gün hamilə qadının Zika virusuna yoluxması halı ilk dəfə olaraq Avropada qeydə alınıb. Xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın Zika virusuna yoluxacağını proqnozlaşdırır. Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir. Hazırda bu virusa qarşı vaksin mövcud deyil. / Teqlər : #Meksikada Zika virusuna yoluxan qadınların sayı 1200ü keçib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yerevanda polis binasının ələ keçirilməsi faktı üzrə 47 nəfər saxlanılıb Məhkəmə Komitəsi Nigeriya ordusu qətliam törədib və cinayət məsuliyyətinə cəlb olunmalıdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO