Melbornda anti-islam aksiyası, Avstraliya polisi müdaxilə edib

Ötən gün Avstraliyanın ikinci ən böyük şəhərində anti-islam qrupunun 150-dək tərəfdarları  tərəfindən təşkil olunan iki aksiyada bir tərəfdən və Hüquq müdafiə təşkilatlarına aid daha yüzlərlə insanın etiraz yürüşü keçirməsi digər tərəfdən, qarşıdurmaya səbəb olub ki, polisin hadisəyə müdaxiləsi ilə nəticələnib.
 
Maide.az xəbər verir ki, bir parkın ətrafında və yeni inşa edilmiş məscidin yaxınlığında baş verən bu münaqişə zamanı çevik polis qüvvələri bibər spreyindən istifadə edərək iki qrupu bir-birindən ayırmağa çalışıb. Polis 4 nəfəri saxlayıb.
 
“Avstraliyanın tələbi” və “Vətənpərəstlərin birləşmiş cəbhəsi” adlı anti-islamçı qruplaşmalar bu aksiyada üzlərinə maska taxaraq: “Müsəlmanlar Avstraliyadan çıxarılmalıdır” kimi şüarlar səsləndirirdilər.
 
Buna cavab olaraq, anti-irqçi qruplaşmalar müharibə və irqçiliyə qarşı şüarlar səsləndirərək qışqırırdılar: Faşistlər küçələri işğal ediblər./

Google+ WhatsApp ok.ru