Rusiya jurnalistləri Suriyada atəşə tutulub: Müxbirlər vurulduqları anı çəkiblər VİDEO

Rusiyanın Russian Today beynəlxalq televiziya kanalının əməkdaşları Roman Kosarev və Sarqon Xadayya Suriyada peşə fəaliyyətlərini yerinə yetirərkən yaralanıb.Maide.az xəbər verir ki,  jurnalistlər hərəkət halında çəkilişlər apararkən raket atəşinə tutulublar. 
 
Hazırda jurnalistlərin həyatlarına təhlükə olmadığı bildirilir. Rus jurnalistlərin maşını Türkiyə sərhəddi ilə 10 km uzaqlıqda yerləşən Dəhməşliyə bölgəsinə gedirmiş. 
 
Qeyd edək ki, Dəhməşliyə bölgəsi Suriya ordusu tərəfindən az öncə terrorçulardan təmizlənib. RT əməkdaşları azad olunan ərazilərdə bölgəyə son durumla bağlı çəkilişlər aparmaq üçün gedirmiş./
 

Google+ WhatsApp ok.ru