Merkel 100 min miqrantı ölkədən çıxarır 26 Noyabr 2016 02:00 Dünya "Onlardan üçdə biri zorla deportasiya ediləcək" Bu ilin sonundək 60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir. Bunu Almaniya kansleri Angela Merkel Xristian Demokratik İttifaqı partiyasının toplantısında deyib. Onun sözlərinə görə, 60 min miqrant müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qaytarılacaq, ümumilikdə isə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq. O qeyd edib ki, onlardan üçdə biri zorla deportasiya ediləcək. Kansler, xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib və bildirib ki, bütün əfqanların Almaniyaya köçməsi mümkünsüzdür. Qeyd edək ki, bir il ərzində Almaniya ərazisinə bir milyondan çox miqrant gəlib. (xezerxeber) / Teqlər : #Merkel 100 min miqrantı ölkədən çıxarır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerika koalisiyası Mosulda Həşd əş-Şəbin qərargahını vurub Fidel Kastronun meyiti yandırılacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO