Metroda faciə: gənc oğlan özünü qatarın altına atıb öldürdü

Bakıda bu dəqiqələrdə metronun “28 May” stansiyasında faciə baş verib.
 
Hadisə şahidlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar relsinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.
 
“Saat 12:10 radələrində qatar “28 may” metro stansiyasına daxil olanda sərnişinlərdən biri özünü qatarın altına atıb. Buna görə də qatarın hərəkəti dayandırılıb və onun meyiti çıxarılaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib”.
 
Bunu virtualaz.org saytına açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
 
O vurğulayıb ki, hazırda qatarların hərəkəti bərpa olunub, heç bir problem yoxdur: “Hadisənin səbəbini hüquq-mühafizə orqanları araşdırır”.
 
ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.
 
Qeyd edək ki, hadisə baş verəndən sonra həmin stansiyaya giriş bağlanmış, sərnişinlər çıxarılmışdı. Ölən şəxsin kimliyi isə hələlik məlum deyil. /
 

Google+ WhatsApp ok.ru