`Meyvəli`də yanğın olub

Yanvarın 26-da gecə Bakıdakı “Meyvəli” ticarət mərkəzində yanğın baş verib. 
 
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
 
Ticarət mərkəzinin gözətçi köşkü, yaxınlıqda dayanmış 2 "Kamaz" markalı yük avtomobili banının taxta üzlüyü və ordakı tərəvəz məhsulunun cüzi hissəsi, yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri, idarəetmə lövhəsi yanıb.
 
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın söndürülüb./

Google+ WhatsApp ok.ru