Bakıda fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakı Şəhər Prokurorluğu Bakıda baş verən faciəvi hadisə ilə bağlı rəsmi məlumat yayıb. 
Prokurorluqdan verilən məlumata görə, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Google+ WhatsApp ok.ru