Mühacirləri daşıyan qayıq batdı: 34 ölü

Ehey dənizində içi mühacirlərlə dolu qayıq batıb, 34 nəfər ölüb. Ölənlərdən 4-ü körpə, 11-i azyaşlı olub.
 
Maide.az-ın "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, mühacirlər Türkiyənin Aydın bölgəsindən Yunanıstanın Leros adasına keçmək istəyirlərmiş. Balıqçı qayığında olanlardan 28 nəfəri üzərək sahilə çıxmağı bacarıb, 62 nəfəri isə Yunanıstanın təhlükəsizlik xidmətinin əməkdaşları sulardan sağ çıxarıblar. Xilas olanlar Yunanıstanın Leros adasına çatdırılıblar.   
 
Türkiyənin Çanaqqala bölgəsində isə 57 nəfər xilas edilib. İçərisində 42 nəfər Suriya, 13 nəfər Əfqanıstan, 2 nəfər isə Eritreya vətəndaşı olan mühacirlər Yunanıstanın Midilli adasına getmək üçün rezin qayıqla Egey dənizinə daxil olublar. Dənizdə motoru xarab olan qayıqda batmaq təhlükəsi ilə üzləşən mühacirlər sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.
 

Google+ WhatsApp ok.ru