Müharibə dövründə doğuldu və öldü

Müharibə dövründə doğuldu və öldü

13 milyondan artıq Suriyalı vətənlərini tərk edərək, qıraq ölkələrdə özlərinə sığınacaq tapırlar.
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Suriya rəsmilərinin verdiyi məlumata görə, qaçqın kimi qeydiyyatdan keçən suriyalıların sayı 5 milyon 835 min insan təşkil edir. Onların yarısı uşaqlar, 35% qadınlar, 15% kişilər. Uşaqların böyük bir hissəsi müharibənin girovuna çevrilirlər. Onlardan bir çoxu müharibə zamanı həyatlarını itirir. BMT Şurasının 32-ci sessiyasında çıxışı zamanı Suriyada hadisələrin araşdırılması üzrə Müstəqil komissiyanın Sədri Paulu Serju Pineyru deyib:"Bəzi uşaqlar müharibə zamanı Suriyada doğulub və ölüb, onun sonunu görmədən". 
 
Qeyd edək ki, Suriyada 15 mart 2011-ci ildə ölkənin cənubunda yerləşən Dəraa vilayətində müxalifətin başlatdığı nümayişlərin sonradan xaricdən idarə olunduğu ortaya çıxdı. Məqsəd isə aydın idi, ölkədə vətəndaş müharibəsi ab-havası ilə müharibə yaratmaq. Bu müharibən əticəsində 235 mindən çoxu mülki vətəndaş olmaqla, ümumilikdə 361 mindən çox şəxs ölüb və ya öldürülüb. 
 
Birləşmiş Millətlər Təşkilatı uzun müddət öncə qarşıdurmaların getdiyi üçün etibarlı məlumat əldə edə bilmədiyindən itkilərin sayının hesablanmasını dayandırıb. Suriyadakı hökumət mənbələri müharibədə 235 min 140 mülki vətəndaşın öldürüldüyünü bildirir. İndiyə kimi 4 mindən çox məktəb və 2 mindən çox ücumlardan zərər çəkib. Maraqlıdır ki, öldürülən vətəndaşlara və dağıdılan infrastruktura görə, Suriya hökumətini ittiham edən qüvvələr, nəyə görə 6 il əvvəl Suriyada belə halların olmadığı sualına acvab verə bilmirlər. Onlar terrorçular tərəfindən kütləvi şəkildə qətliam edilən kəndləri, dağıdılan məscidləri, ziyarətgahları, məktəb və xəstəxana binalarının hamısını Suriyada ordusunun ayağına yazırlar. /

Google+ WhatsApp ok.ru