Mikdat: ``Müsəlman Qardaşlar` İsrail və ABŞ əməkdaşlığı ilə Türkiyədə böyüdüldü`

Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdat "Müsəlman Qardaşlar" təşkilatının Türkiyə, İsrail və ABŞ əməkdaşlığı ilə Türkiyə torpaqlarında inkişaf etdiyini deyib.
 
Maide.az xəbər verir ki, Misirdə nəşr olunan "Əl-Ahram" qəzetinə danışan Mikdat, ABŞ-ın Yaxın Şərqdəki siyasi mənzərəni dəyişmək üçün 1990-cı illərdə siyasi İslama güvəndiyini və "Müsəlman Qardaşlar" təşkilatının bu çərçivədə Türkiyə, İsrail və ABŞ tərəfindən dəstəklənərək canlandırıldığını söyləyib.
 
Mikdatın iddiasına görə, Misir və digər Ərəb ölkələrindən "Müsəlman Qardaşlar" təşkilatı nümayəndə heyətləri 90-cı illərdə ABŞ və İsrail kəşfiyyatları ilə İstanbulda Türkiyənin himayəsi altında tez-tez görüşlər keçirib.
 
İddiaya görə, bu əməkdaşlıq "Ərəb Baharı"na qədər davam edib. Mikdat bu səbəbdən "Müsəlman Qardaşlar"ın Liviya, Misir və Tunisdə hakimiyyətə gəlməsinin təsadüf olmadığını bildirib.

Google+ WhatsApp ok.ru