Dünyanın ən izdihamlı camaat namazını Ərbəin ziyarətçiləri qıldı

Ərbəin üçün gedən milyonlarla insan bu il Nəcəf və Kərbəla arasındakı prospektdə dünyanın ən böyük, ən izdihamlı və ən uzun camaat namazını keçirərək, yeni bir rekorda imza atıblar.
 
Maide.az xəbər verir ki, İmam Hüseynin (ə) Ərbəini üçün İraqa gedən milyonlarla ziyarətçinin qırdığı rekord bununla da bitmir, eyni zamanda, ziyarətçilərin bütün xidmətləri pulsuz olaraq verilir.
 
Qılınan bu camaat namazı builki milyonluq Ərbəin mərasimində dünyada qılınan ən böyük və ən izdihamlı camaat namazı olaraq tarixə düşüb. İmam Hüseyn (ə) aşiqləri Nəcəf və Kərbəla arasında olan prospektdə 30 km-lik sahədə camaat namazını əda ediblər.
 
Camaat namazını qılan Seyid Əhməd Əl-Şəkuri açıqlamasında belə deyib: 30 km uzunluğu olan camaat namazı İraqdakı şiə müctehit Ayətullah Sistaninin göstərişləri istiqamətində reallaşdı, ziyarətçilər dörd ayrı istiqamətdən, yəni Kərbəla-Nəcəf, Hillə-Kərbəla, Bağdad-Nəcəf və Hillə-Bağdad quru yoluyla gəliblər.
 
Bu namazı qılmamızdakı əsl hədəf, ruhi və dini dəyərlərə sahib anlayışları kökləşdirmək və müsəlmanların dini öhdəçiliklərini yerinə yetirməkdə daha ciddi davranmalarını xatırlatmaq idi, eyni zamanda, bu vəsiləylə şər mərkəzləri və azğın qruplara da mesaj vermiş olduq.
 
Bu camaat namazı bir ilk idi, inşallah bundan sonrada davam edər və gələcəkdə yenə bu cür mənzərələrə şahid olarıq."

Google+ WhatsApp ok.ru