İmişlidə valideynlər övldlarını dərsə buraxmadı və etiraz aksiya keçirdi - VİDEO

Azərbaycan hakimiyyətinin dünyanın müxtəlif yerlərdində muzeylər, kilsələr təmir etdirdiyi, məktəblər və parklalar açdığı heç kimə sirr deyil. Bunu heç gizlətmirlər də, əksinə, özlərini təbliğ üçün əla fürsət kimi dəyərləndirirlər.  Dövlətin milyardlarını ən müxtəlif mənasız layihələrə xərcləyən bu təfəkkür, nədənsə, öz vətəndaşına qarşı belə səxavətli ola bilmir, onların problemlərini görməzdən gəlir. Amma nədənsə, redaksiyamıza şikayət edən İmişli rayon Qızılkənd kənd sakinlərinin nəsibinə analoqu olmayan bu inkişafdan pay düşməyib.

Onlar da uzun illər dünyanın dörd bir yanında vüsət alan muzey, kilsə təmirlərinin, məktəb və park açılışlarının bitməsini gözləyiblər. Lakin nəticəsi olmayıb, ümidləri puça çıxıb. Hazırda kəndin ən ciddi problemi, məktəb problemidir. 1974-cü ildə inşa olunan bu məktəb, artıq uzun illərdir ki, yararsız vəziyyətdədir. Sakinlərin dəfələrlə müvafiq qurumlara şikayəti isə nəticəsiz qalıb, hər dəfə onlara gözləməyi məsləhət biliblər.

Vədlərin nəticəsiz qaldığını görən sakinlər, nəhayət, bu gün övladlarını dərslərə burxamqdan imtina edərək, şəhid Habil Hüseynovun adını daşıyan Qızılkən kənd orta məktəbinin qarşısında aksiya keçiriblər. Onlar, məktəb təmir olunmayana qədər övladlarını məktəbə buraxmayacaqlarını bildiriblər. Ətraflı videorepartajda. azadliq/

 

Google+ WhatsApp ok.ru