Milli Şuranın mitinqi başa çatıb

Milli Şura Bakıda siyasi məhbuslara azadlıq tələbilə mitinq keçirib. 
 
Azadlıq qəzetinin yazdığına görə, aksiyada 7000 nəfər iştirak edib. 
 
Miitnqdə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənl bildirib ki, hakimiyyət həbsləri, repressiyanı çıxış yolu kimi görür: "Hazırda həbsdə olanlar mübarizənin sinvoluna çevriliblər".
 
AXCP sədrinin müavini Gözəl Bayramlı deyib ki, Azərbaycan xalqı bu repressiyaları hakimiyətə bagışlamayacaq. "Xalqın qəzəbi bir gün püskürəcək və Əliyevlər rejımini yola salacaq". 
 
"Azadliq" qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev siyasi məhbus ailələrinin adından çıxış edib.
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzv Hacı Rövşən Əhmədli çıxışında vurğulayıb ki, bu millət azadlıqsevərdir və sona qədər öz azadlığı üçün mübarizə aparacaq. "Bura İŞİD  bayrağı göndərənlər Talibanla YAP-ın bayrağını ya unudublar, ya da yolda itiriblər. Bu gün Kürdaxanıda azadlıq universiteti fəaliyyət göstərir. Ən işıqlı insanlar ordadır".
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin yürütdüyü repressiya siyasətini pisləyib.
  
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli çıxış ediblər. Onlar da siyasi məhbuslara azadlıq tələb ediblər, ayrı-ayrı siyasi məbhuslar haqda danışıb hakimiyyətin onlar həbs etməsini pisləyiblər.
 
AXCP sədri Əli Kərimli üzünü hakimiyyət rəhbərlərinə tutaraq deyib ki, sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyətdə qalmağınız da bu xalq üçün təbii fəlakət kim bir şeydir".
 
Hakimiyyətin repressiya siyasətini kəskin tənqid edən  Ə.Kərimli vurmulayır ki, Leyla Yunusu, İlqar Məmmədovu, Hacı Tale Bağırzadəni həbsxanada da rahat buraxmırsız: "Ölkənin dəyerli insanlarını şərləyib tutursuz, budurmu sizin məneviyyatınız? AXCP-nin qərargahını partladıb sahibinin pulunu da vermirsiz. Budurmu siyasi mübarizəniz? Sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyətdə qalmağınız da bu xalq üçün təbii fəlakət kim bir şeydir".
 
Mitinq qətnamənin oxunması ilə başa çatıb. /

Google+ WhatsApp ok.ru