Minlərlə keniyalı müsəlman məscid söküntüsünə görə etiraz aksiyası keçirib 08 Aprel 2017 01:00 Dünya Minlərlə keniyalı müsəlman paytaxt Nayrobidə ölkə rəsmilərinin yolu genişləndirmək bəhanəsi ilə məscidi sökməyinə etiraz olaraq aksiya keçirib. Maide.info xəbər verir ki, etirazçılar ötən gün cümə namazından sonra paytaxt Nayrobidə aksiya keçirərək ölkə rəsmilərindən istəyib ki, 2500 nəfərlik məscidin sökülməsi fikrindən daşınsın. Məscidin imam camaatı Salim Məhəmməd deyib ki, Keniya rəsmiləri bu bölgədə yeni məscidin tikintisi üçün yer ayırmaqdan və dəymiş ziyanı ödəməkdən boyun qaçırır. “Bu məscid bölgə xalqına müxtəlif ictimai və mədəni proqramlarla xidmət göstərir. Məscidin nəzdində həmçinin islami dəyərləri öyrənmək üçün mədrəsə də fəaliyyət göstərir”. Keniyanın 46 milyon nəfər əhalisi var ki, əhalinin 11,5 faizini müsəlmanlar təşkil edir. Teqlər : # Minlərlə keniyalı müsəlman məscid söküntüsünə görə etiraz aksiyası keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Terrorçulardan kimyəvi silahla növbəti hücum BMT TŞ-də Boliviya ABŞ-a: `İraqda da bir milyon insanı öldürdünüz`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO