Terrorçulardan kimyəvi silahla növbəti hücum

Terrorçulardan kimyəvi silahla növbəti hücum

Terrorçular cümə günü Mosul şəhərində dinc sakinləri hərbi qazla atəşə tutub. Bu haqda şəhər başçısı Əbdül Səttar əl-Habu açıqlama verib.
 
“Bu gün terror qruplaşması Mosul şəhərinin artıq azad edilmiş Yarmuk və Mətahin rayonlarında dinc sakinlərə və hərbçilərə hərbi zəhərləyici qazdan, xlordan istifadə edib”, -deyə o bildirib.
 
Onun sözlərinə görə, hələ ki, terrorçuların ucbatından xəsarət alanları sayı haqda məlumat yoxdur.
 
Xatırladaq ki, terrorçular ötən ay da döyüşlər zamanı Mosul şəhərinin mərkəzində hökumət qüvvələrinə qarşı zəhərləyici qazdan istifadə edib. (islamazeri) /

Google+ WhatsApp ok.ru