Miqrantların sayı 258 milyona çatdı

Miqrantların sayı 258 milyona çatdı

Dünya miqyasında miqrantların sayı 2000-2017-ci illər ərzində 49% artım göstərərək, 258 milyona çatıb.

Bu barədə Birləşmiş Millətlərə Təşkilatına (BMT) bağlı Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Qlobal Miqrasiya Data Analiz Mərkəzi göstəricilərində qeyd olunub.

Göstəricilərə görə, miqrantların dünya əhalisinə nisbəti 1990-cı ildə 2,9 faiz ikən, bu nisbət 2015-ci ildə 3,3 faizə yüksəlib. 52 faizi kişi, 48 faizi qadınlardan ibarət olan miqrantların əksəriyyəti 30-34 yaşlarındadır. Beynəlxalq miqrasiya çərçivəsində 2017-ci ildə 6 min 163 miqrantın olduğu bildirilib.

Bu ilin ilk 6 ayında da 2 min 125 miqrantın olduğu qeyd edilib./eastnews.org/

Google+ WhatsApp ok.ru