Misirdə çevriliş əleyhdarlarının aksiyası dağıdıldı

Misirdə çevriliş əleyhdarı olan qrupların etiraz nümayişlərinə polis müdaxiləsində iki nümayişçi öldürülüb, onlarla adam yaralanıb. maide.az xəbər verir ki, aksiyalar ölkənin paytaxtı Qahirədə, Giza və Manufiyə şəhərlərində davam edir.
 
Qahirədə əllərində Misir bayraqları və "Rabiyə" işarəsi olan plakatlar daşıyan etirazçılar ara küçələrdə toplaşaraq əsas prospektlərə doğru gediblər. Dövlət çevrilişini həyata keçirənlərin sərt müdaxiləsi nəticəsində paytaxtdakı aksiyalar dağıdılıb. 
 
Misir polisi fövqəladə təhlükəsizlik tədbirləri görüb və başda Qahirə olmaqla ölkənin bütün şəhər və qəsəbələrində təhlükəsizlik və səhiyyə işçilərinin icazələrini ləğv edib.
 
Hündür binalara da snayperlər yerləşdirilib. Təhlükəsizlik qüvvələrinə aid vertolyotlar da fasiləsiz olaraq böyük meydanların üzərində kəşfiyyat uçuşları keçirirlər.
 
Dünənki hadisələrdə Misir ordusunun 3 zabitinin də açılan atəş nəticəsində öldüyü bildirilir.

Google+ WhatsApp ok.ru