Misirdən İsrailə səfir

Misir Prezidenti Əbdul-Fəttah Əs-Sisinin 3 il fasilədən sonra İsrailə səfir təyin etdiyi bildirilib.
 
Maide.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən yayımlanan açıqlamaya görə, prezident Sisi Misirin Təl-Əviv səfirliyinə Xarici İşlər nazirinin diplomatik və siyasi münasibətlər üzrə müavini Hazim Hayratı təyin edib.
 
Qeyd edək ki, Misirin çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezidenti Məhəmməd Mursi İsrail rejiminin 2012-ci ildə Qəzzaya hücumlarına qarşılıq olaraq İsraildəki Misir səfiri Atif Səlimi geri çağırmışdı.
 
İsrail rejiminin baş naziri Binyamin Netanyahu Misirin İsrailə səfir təyinatını alqışlayıb.
 
Netanyahu yazılı açıqlamasında, "Misir hökumətinin İsrailə səfir göndərmə qərarını təbrik edirəm. Bu qərar iki ölkə arasındakı əlaqəni gücləndirir" deyilir.

Google+ WhatsApp ok.ru