Misir diktatoru 11 azarkeşin də edamına qərar verdi

Misirin Port-Səid şəhərinin Ali Cinayət Məhkəməsi 11 şəxslə bağlı edam hökmü verib. Futbol fanatları olan bu şəxslər 2012-ci ilin fevralında oynanmış "Əl Əhli"-"Əl Məsri" matçından sonra stadionda iğtişaşlar yaratmaqda suçlanıblar.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, işlə bağlı daha 15 nəfər 5 ildən 15 ilədək azadlıqdan məhrum olunublar. Müttəhimlərin ailə üzvləri və qohumları zala buraxılmayıblar. Onlar hökmün açıqlanmasını küçədə gözləyiblər.
 
Stadiondakı iğtişaşla bağlı həbs edimiş 73 nəfərin cinayət işinə yenidən baxılırdı. Onların arasında "Əl Məsri" klubunun administrasiyası və fan-klubunun üzvləri, habelə polislər də vardı.
İnsident  2012-ci ilin fevralında Port-Səidin şəhər stadionunda baş verib. Azarkeşlər meydana çıxaraq Qahirənin "Əl Məsri" klubunun futbolçularını döyməyə başlamışdılar. Sonrakı iğtişaşlar və basabasda Qahirədən gəlmiş 74 fanat həlak olmuş, 1200 nəfər yaralanmışdı.

Google+ WhatsApp ok.ru