Misirdə 241 nəfər terrorçu siyahısına salındı 04 İyul 2018 01:00 Dünya -- İŞİD terror təşkilatına mənsub olmaq və... Misirdə "İŞİD terror təşkilatına mənsub olmaq" və "zorakılıq etmək" ittihamıyla 241 nəfərin terrorçu siyahısına salındığı bildirilib. Rəsmi qəzetdə dərc olunan qərara əsasən, Qahirə Məhkəməsi İŞİD-ə bağlı "Sinay Vilayəti" təşkilatına mənsub olmaq və Şimali Sinayda hüquq-mühafizə qüvvələrinə hücum təşkil etmək və ya yardım və vasitəçilik etmək ittihamıyla 241 nəfəri 5 il müddətinə terrorçu siyahısına salıb. Müqəssirlər "dövlət orqanlarına, silahlı qüvvələrə və polis əməkdaşlarına qarşı hücumlara, terror hadisələrinə qoşulmaq" kimi cinayətlərlə ittiham edilib. Qeyd edək ki, Qahirə Məhkəməsi 2014-cü ilin noyabrında İŞİD terror təşkilatına beyət etdiyini bildirən və daha sonra adını "Sinay Vilayəti" olaraq dəyişdirən "Ənsar Beyt əl-Makdis" təşkilatını terrorçu siyahısına salmışdı. (eastnews) Teqlər : #Misirdə 241 nəfər terrorçu siyahısına salındı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində sel: 16 nəfər həyatını itirib Avropada islamafobiya əməlləri artmaqdadır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO