Misir Fətva Mərkəzi: `İŞİD qadınları cinsi kölələrə çevirib`

Misir Daru'l-İfta (Fətva) Mərkəzi yayımladığı bir məlumatda təkfirçilərin qadınlara istiqamətli yanaşmalarının İslam təlimləri ilə heç bir əlaqəsinin olmadığını bildirilir.
 
Maide.az xəbər verir ki, Misir Fətva Mərkəzinin yayımladığı məlumatda belə deyilir:
 
"İslam dini hansı din və inancdan olursa olsun, əsirlərə qarşı yaxşı davranılmasını əmr etmişdir. Halbuki İŞİD əsir etdiyi qadınlar haqqında heç bir insani, vicdani və beynəlxalq qanuna riayət etməmişdir. İŞİD və oxşar terror təşkilatları ələ keçərdikləri qadınlar haqqında heç bir İslami qayda və əxlaqı güdməmişdir. İŞİD qadınları cinsi kölələrə çevirmiş, onları bazarda satışa təqdim etmiş və beləcə insan qürurunu təhqir edəcək bir alçaqlığı sərgiləmişdir.
 
"Macəra axtarışı", "kafirləri öldürmək", "qadının da döyüşə biləcəyini isbat etmək", "Avropa ölkələrindəki İslamafobia" kimi səbəblər dünyanın müxtəlif ölkələrindən gənc yaşdakı qızların İŞİD təşkilatına qoşulmasına səbəb təşkil edən amillərdən bəziləridir.
 
Təkfirçilər qadınları əsir etmək surətiylə onları cinsi kölələrə çevirmişdir. Beləcə, yer üzündə fitnə və fəsadı yaymışlar, köləlik sistemini yenidən canlandırmışlar. Halbuki İslam dini minlərlə il əvvəlində döyüşdə qadınların öldürülməsini qadağan etmiş, əsirlərə qarşı gözəl davranılmasını əmr etmiş və onlara istiqamətli insanlıq qüruruna xələl gətirəcək davranışları qətiliklə qadağan etmişdir."

Google+ WhatsApp ok.ru