London `dini fanatizimlə mübarizə` adlı beynəlxalq toplantıya evsahibliyi edəcək

Londonda İnsan Haqları Ali Komissarlığının dəstəyi  ilə "dini fanatizimlə mübarizə" adlı beynəlxalq toplantı keçirləcək.
Maide.az-ın məlumatına görə, toplantı 2015-ci ilin aprel ayında keçirləcək. Toplantıdan məqsəd  BMT-nin və İnsan Haqları Şurasının "dini fanatizim, radikalizim, əqidə zorakılığı və irqçilik" barəsində çıxardığı qətnaməsini icra etməkdir.  
Məlumata əsasən,   toplantıda din və əqidə azadlığı və söz azadlığı məsələləri də müzakirə olunacaq."Əvvəlcə dövlətlərin bu yöndə fəaliyyət və ifa etdiyi rol müzakirə obyekti olacaq, dini radikalizim, irqçilik və başqa millət və irqləri aşağılmaq kimi məsələlər araşdırılacaq. Bu cür mənfi halların qarşısının alınması üçün dövlətlər arasında bu barədə təcrübə mübadiləsi olacaq".
Toplantıda ölkə nazirləri, İnsan Haqları mərkəzləri və ali məhkəmələrin nümayəndələri iştirak edəcək.  /
 

 

Google+ WhatsApp ok.ru